Türkiyə ilə Azərbaycan arasında yeni anlaşma memorandumu imzalanıb

Türkiyə ilə Azərbaycan arasında yeni anlaşma memorandumu imzalanıb

Bakı. TurkicWorld:

Əmanətlərin sığortalanması sahəsində qarşılıqlı əməkdaşlığın artırılması məqsədilə Türkiyə Əmanət Sığortalama Fondu (TMSF) və Azərbaycanın Əmanət Sığortalanması Fondları (ADIF) arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

TurkicWorld-un məlumatına görə, Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sədri Tural Piriyevin rəhbərlik etdiyi 13 nəfərdən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində ölkənin Əmanət Sığortalama Fondunun (TMSF) sədri Fatin Rüştü Karakaş ilə görüş keçirərək iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə əlaqədar memorandum imzalayıb.

Səfər çərçivəsində əmanətlərin sığortalanması, korporativ hesabatlar, mətbuat və ictimaiyyətlə əlaqələr həmçinin korporativ təcrübələr ilə bağlı fikir mübadiləsi aparılıb.