Türk Dövlətləri Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, bu barədə təşkilatın rəsmi "Twitter" hesabında edilən paylaşımda bildirilib.

"Müasir tarixdə uzaqgörənliyi və görkəmli şəxsiyyəti ilə iz qoymuş, üzv Dövlətimiz Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 99-cu ildönümü münasibətilə hörmət və ehtiramla yad edirik" - deyə qeyd edilib.