Birinci vitse-prezident Mehriban Əliyeva veteranları faşizm üzərində Qələbə günü münasibətilə təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva veteranları faşizm üzərində Qələbə günü münasibətilə təbrik edib (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, paylaşımda deyilir:

"Əziz veteranlar! Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə sizi təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!"