Azərbaycan Ordusunun Zod mədənində mülki erməni işçilərə atəş açması yalandır - MN

Azərbaycan Ordusunun Zod mədənində mülki erməni işçilərə atəş açması yalandır - MN

Bakı. TurkicWorld:

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə TurkicWorld-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bu xəbəri qəti surətdə təkzib edirik", - məlumatda deyilir.