Bakı. TurkicWorld:
Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.
TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytında məlumat paylaşılıb.
"Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.
Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk", - məlumatda deyilir.
- Teqlər:
- Dövlət Təhlükəsizliyi Xidməti
Mövzuya görə xəbərlər
- 17 Noyabr 2023 09:09
Azərbaycanda terrorçu cinayət başında saxlanıldı
- 14 Noyabr 2023 15:14
ATƏT PA-nın prezidenti ilə DTX-də görüş keçirilib
- 2 Noyabr 2023 13:56
Xocalı soyqırımında şühbəli bilinən terrorçu Madat Babayan saxlanıldı
- 30 Oktyabr 2023 16:50
Avropa Şurasının baş katibi Əli Nağıyevə təşəkkür etdi
- 26 Oktyabr 2023 10:42