Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqdir - XİN

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqdir - XİN

Bakı. TurkicWorld:

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqdir.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev brifinq zamanı deyib.

"Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, ilk növbədə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının bütün müddəalarının reallaşdırılması, o cümlədən İrəvanla Bakı arasında sülh sazişinin imzalanması yolu ilə normallaşmaya fəal kömək göstərilməsinə sadiqik", - deyə A.Zaytsev bildirib.