Türkiyə və Ermənistan ilkin şərt olmadan normallaşma prosesini davam etdirəcək - BƏYANAT (ƏLAVƏ OLUNUB)

Türkiyə və Ermənistan ilkin şərt olmadan normallaşma prosesini davam etdirəcək - BƏYANAT (ƏLAVƏ OLUNUB)

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada baş tutan görüş barədə bəyanat yayıb.

TurkicWorld-un məlumatına görə, bəyanatda deyilir ki, nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər.

“Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarladılar”, - bəyanatda qeyd edilir.

***

16:47

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin Vyanada növbəti görüşü baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə “Sabah” qəzetinin saytında məlumat verilib.

Xatırladaq ki, bu, xüsusi nümayəndələr arasında sayca üçüncü görüşdür.