İraqın şimalında aprelin 18-dən bəri 61 terrorçu zərərsizləşdirilib - Hulusi Akar

İraqın şimalında aprelin 18-dən bəri 61 terrorçu zərərsizləşdirilib - Hulusi Akar

Bakı. TurkicWorld:

İraqın şimalında "Pençe Kilit" əməliyyatı zonasında aprelin 16-dən bəri 61 terrorçu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

"Pençe Kilit" əməliyyatı çərçivəsində artıq 61 terrorçu zərərsizləşdirilib. Terrorçuların 82 mağarası və sığınacağı məhv edilib, 413 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Əməliyyat davam edir. Yaxın günlərdə bu rəqəm daha da artacaq. "Pençe Kilit" əməliyyatı bölgədəki terrorçuların tamamilə məhv edilməsi istiqamətində güclü zərbə olacaq", - deyə nazir bildirib.