Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!"