Ərdoğanla Putin arasında növbəti dəfə telefon danışığı olub

Ərdoğanla Putin arasında növbəti dəfə telefon danışığı olub

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında növbəti dəfə telefon danışığı baş tutub.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, liderlər Ukraynadakı vəziyyətlə yanaşı, bir sıra digər məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan Rusiya ilə Ukrayna arasında döyüşlərin başa çatması və sülhün təmin olunması üçün təşəbbüslərini davam etdirməyə hazır olduğunu bildirib.

Eyni zamanda, V.Putin ABŞ-da həbsdə olan rusiyalı pilot Konstantin Yaroşenko ilə Türkiyədə həbsdə saxlanan ABŞ vətəndaşı Trevor Ridin mübadiləsinin həyata keçirilməsinə görə türkiyəli həmkarına təşəkkür edib.