Azərbaycan COVİD-19 pandemiyası ilə əlaqədar ən təhlükəsiz ölkələr siyahısına əlavə edilib

Azərbaycan COVİD-19 pandemiyası ilə əlaqədar ən təhlükəsiz ölkələr siyahısına əlavə edilib

Bakı. TurkicWorld:

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi Azərbaycanı COVID-19 pandemiyası baxımından səyahət üçün təhlükəsiz ölkələr siyahısına daxil edib. TurkicWorld bu barədə "CNN"-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Federal Mərkəz Azərbaycanı “COVID-19-a yoluxma riski ən az olan” kateqoriyaya əlavə edib.

Qeyd edək ki, səviyyə meyarlarına görə, bir təyinat məntəqəsinə səyahətin təhlükəsiz adlandırılması üçün son 28 gün ərzində hər 100.000 sakində 49 və ya daha az yeni yoluxma sayı qeydə alınmalıdır.

Xatırladaq ki, Azərbaycan hökuməti yoluxmaların sayının azalması fonunda pandemiya ilə bağlı bir sıra məhdudiyyətləri yumşaldıb. Həmçinin bu il 15 aprel tarixindən etibarən ölkədə daxili səyahətlər üçün mənfi PCR test nəticəsi tələb olunmur.