Bu zamana qədər Bosfor boğazından hərbi gəmi keçməyib –Hulusi Akar

Bu zamana qədər Bosfor boğazından hərbi gəmi keçməyib –Hulusi Akar

Bakı. TurkicWorld:

Rusya-Ukrayna müharibəsi başlayandan bu zamana qədər Türkiyənin Bosfor boğazından heç bir hərbi gəmi keçməyib, TurkicWorld-un məlumatına görə bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna üzrə Müdafiə və Təhlükəsizlik Məsləhət Qrupu İclası zamanı deyib.

40-dan çox ölkənin iştirakı ilə keçirilən iclas zamanı bəzi ikitərəfli görüşlər keçirdiyini də bildirən Akar başda Ukrayna Müdafiə Naziri olmaqla digər müdafiə nazirləri ilə də fikir mübadiləsi aparıb.

“Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra hər iki ölkəyə bildirdik ki, Montre Konvensiyası çərçivəsində Bosfor boğazından hərbi gəmilərin keçməsi qadağan edilib.” – deyə nazir vurğulayıb.

O qeyd edib ki, Qaradəniz heç bir halda rəqabət sahəsinə çevrilməməlidir.

Xatırladaq ki, fevral ayının 24 –dən etibaren Rusiya ordusu Ukrayna ərazisində hərbi əməliyyatlara baslayıb