...

1915-ci il hadisələri ilə bağlı iddialardan imtina etmədikcə, Ermənistanın gələcəyi yoxdur

Siyasət Şərh 23 Aprel 2022 13:26
TurkicWorld Daspina Hasanova
1915-ci il hadisələri ilə bağlı iddialardan imtina etmədikcə, Ermənistanın gələcəyi yoxdur

Bakı. TurkicWorld:

Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra regionda çoxdan gözlənilən və dayanıqlı sülh üçün yeni reallıqlar və şərait yarandı. Bu reallıqlardan biri də siyasəti ilə regional layihələrdən təcrid olunmasına səbəb olan Ermənistanın daha çox ehtiyac duyduğu Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması oldu.

2008-ci ildə Türkiyənin ovaxtkı prezidenti Abdulla Gül tərəfindən Ermənistanla bağlı işə salınan “Futbol diplomatiyası” ona gətirib çıxardı ki, bir ildən sonra Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması məqasədilə ilk “addım” atıldı.

Məlum olduğu kimi, bu gün Türkiyənin müxalifət partiyalarından birinə rəhbərlik edən Türkiyənin ozamankı xarici işlər naziri Əhməd Davudoğlu ilə Edvard Nalbandyan Sürixdə iki protokol imzalamışdılar. İmzalanma mərasimində ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransa və Rusiya xarici işlər nazirləri Bernar Kuşner və Sergey Lavrov da iştirak etmişdilər.

O zaman bəzi Türkiyə KİV-ləri baş verənlərin mahiyyətini anlamadan və dərk etmədən yazırdılar: “Bu hadisə yeni Türkiyənin tarixində ən əlamətdar hadisələrdən biridir”. Bu KİV-lər protokolların imzalanmasının mənasızlığını başa düşmürdü, belə ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı əsas prinsipindən heç vaxt imtina etməyəcək.

Həmin dövrdə Ermənistan hakimiyyəti hesab edirdi ki, Azərbaycan ərazilərinin işğalından sonra Ermənistan regionda real gücə çevrilib və Türkiyə İrəvanla danışıqlara gedərək onu bu cür tanıyacaq. İrəvanda fikirləşirdilər ki, futbol matçındakı məğlubiyyətə baxmayaraq, danışıqlar masası arxasında Ermənistanın qələbəsi təmin olunub.

Bu gün unutmaq lazım deyil ki, o zaman Sürixdə protokolların imzalanmasına yalnız Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi olaraq qarşı çıxmışdı, o, gözəl başa düşürdü ki, Azərbaycan torpaqları işğaldan azad olunmayanadək və dünya erməniləri 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməyənədək, münasibətləri normallaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur. O, tamamilə haqlı idi.

Bu gün Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına əsas maneə təbii ki, ermənilərin əsassız olaraq “soyqırımı” adlandırdıqları 1915-ci il hadisələri olaraq qalır. Halbuki, Türkiyə dəfələrlə bu hadisələri araşdırmaq üçün müstəqil komissiya yaradılmasını təklif edib. Amma Ermənistan hakimiyyəti “üzrlü səbəblərdən” hələ də Türkiyənin bu müraciətinə cavab verməyib. Siyasi elita üçün bu "üzrlü səbəb" onunla ifadə olunur ki, qondarma “soyqırımı” iddialarından imtina olunacağı təqdirdə, erməni lobbisi bir daha Ermənistana sponsorluq etməyəcək, bu da onun iqtisadiyyatının iflasına gətirib çıxaracaq.

İrəvandakı hakimiyyət bunu yaxşı başa düşür, amma bu faktı qəbul etmirlər ki, Ermənistanın inkişafı daha çox özündən asılıdır.

İrəvanın siyasi elitası hələ də öz xalqından gizlədir ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadan və 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkmədən, Ermənistan inkişaf etmək əvəzinə daha da yoxsulluğa düçar olacaq və əmək miqrantlarının ixracı üzrə yeni rekordlar qıracaq.

Rufiz Hafizoğlu
Trend İnformasiya Agentliyi baş direktorunun müavini

Məqalədə:
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
Xəbərlər

Xəbər lenti