Əgər Ermənistan və erməni xalqı gələcəyə doğru baxmaq istəyirsə, sülh müqaviləsi imzalamalıdır - Hikmət Hacıyev

Əgər Ermənistan və erməni xalqı gələcəyə doğru baxmaq istəyirsə, sülh müqaviləsi imzalamalıdır - Hikmət Hacıyev

Şuşa. TurkicWorld:

Bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu yeni reallıq regionun sülh gündəliyidir və Azərbaycan tərəfindən təqdim edilən 5 maddədən ibarət olan prinsiplər Ermənistana təqdim edilib. Əgər Ermənistan və erməni xalqı gələcəyə doğru baxmaq istəyirsə, bu imkanları dəyərləndirməlidir.

TurkicWorld-un məlumatına görə, bunu Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, müharibə dövründə Prezident İlham Əliyevin çıxışları informasiya blokadasının qarşısının alınmasında böyük rol oynayıb.

"Post-müharibə dövründə erməni lobbi dairələri tərəfindən Azərbaycana qarşı əks təbliğat kampaniyaları hələ də davam edir. Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qərarda guya işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus maddi-mədəni abidələrinin dağıdıldığı göstərilir. Bu qətnaməni qəbul edən deputatlar Azərbaycan xalqının mədəni-tarixi abidələrinin dağıdılmasını görmürlərmi? Bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu yeni reallıq regionun sülh gündəliyidir və Azərbaycan tərəfindən təqdim edilən 5 maddədən ibarət olan prinsiplər Ermənistana təqdim edilib. Əgər Ermənistan və erməni xalqı gələcəyə doğru baxmaq istəirsə, bu imkanları dəyərləndirməlidir", - deyə H.Hacıyev qeyd edib.