Rusiya və Ukrayna liderləri arasında görüş hər an baş tuta bilər - Çavuşoğlu

Rusiya və Ukrayna liderləri arasında görüş hər an baş tuta bilər - Çavuşoğlu

Bakı. TurkicWorld:

NATO daxilində Ukrayna müharibəsinin davam etməsini istəyən ölkələr var.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yerli KİV-ə müsahibəsində bildirib.

XİN rəhbərinin sözlərinə görə, bu ölkələr müharibənin davam etməsi fonunda Rusiyanı zəiflətmək məqsədi daşıyır, Ukraynadakı vəziyyət isə onları çox da maraqlandırmır.

"Antalyadakı danışıqlardan bir nəticə çıxacağını gözləmirdik. Önəmli olan tərəfləri bir araya gətirmək idi. Hər iki tərəf hələ də danışıqları davam etdirirlər", - M. Çavuşoğlu qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Rusiya və Ukrayna liderləri arasında görüş hər an baş tuta bilər.

"İki ölkə liderlərinin görüşü hazırda müzakirə olunur. Putinlə Zelenski arasında görüş baş tutsa, bu, İstanbulda və ya Antalyada ola bilər", - XİN başçısı əlavə edib.