Rusiyada Putinlə Paşinyanın görüşü keçirilir

Rusiyada Putinlə Paşinyanın görüşü keçirilir

Bakı. TurkicWorld:

Rusiyada, Moskva vilayətinin Novo-Oqaryovo şəhərində Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla grüşü keçirilir.

TurkicWorld bu barədə TASS agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, N.Paşinyanın bu gün Rusiyaya ikigünlük səfəri başlayıb. Görüş zamanı tərəflər arasında əsas müzakirə mövzusunun Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi olacaq.

Həmçinin, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının müddəalarının icrası məsələsini müzakirə edəcək.