Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb

Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb.

TurkicWorld-un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, N.Paşinyanın səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Bundan başqa, onun baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri gözlənilir.

Qeyd olunur ki, N.Paşinyanı səfər zamanı baş nazirin müavini Mger Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər müşayiət edir.