Rusiya prezidenti Ermənistanın baş naziri görüşəcək

Rusiya prezidenti Ermənistanın baş naziri görüşəcək

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin aprelin 19-da Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, V.Putin erməni baş nazirlə Qarabağla bağlı vəziyyəti, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcək.

Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.