Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir - Mövlud Çavuşoğlu

Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir - Mövlud Çavuşoğlu

Bakı. TurkicWorld:

Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılır.

"Birgə Sərhəd Komissiyasının yaradılması, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır. Biz bu prosesləri dəstəkləyirik. Cənubi Qafqazın rihafı üçün hər kəsin bir-biri ilə olan münasibətləri normallaşmalıdır"- deyə M.Çavuşoğlu əlavə edib.