Türkiyə Rusiya ilə bağlı sanksiyalara qatıla bilər - Çavuşoğlu

Türkiyə Rusiya ilə bağlı sanksiyalara qatıla bilər - Çavuşoğlu

Bakı. TurkicWorld:

Əgər Birləşməş Millətlər Təşkilatı (BMT) Rusiyaya qraşı sanksiyalar tətbiq edərsə, Türkiyə bu sanksiyalara qatıla bilər.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

“Türkiyə hər zaman beynəlxalq hüquqa uyğun şəkildə addımlar atır. Əgər BMT Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə, Türkiyə bu sanksiyalara qatılacaq” – deyə, o əlavə edib.

Nazir Buça hadisələrinin danışıqlara mənfi təsir göstərdiyini və bütün çətinliklərə baxmayaraq, atəşkəs əldə edilmə ehtimalının olduğunu da bildirib.

Ukraynanın Mariupol şəhərindən insanların təxliyəsi ilə bağlı məsələyə də toxunan Çavuşoğlu onu da qeyd edib ki, "Təəssüf ki, hələ də istədiyimiz nəticəni əldə edə bilməmişik. Ancaq bütün risklərə baxmayaraq, insanları təxliyə etməkdə bütün səylərimizi səfərbər edəcəyik".