Türkiyə və Ukrayna Müdafiə nazirləri Mariapoldan təxliyə məsələsini müzakirə edib

Türkiyə və Ukrayna Müdafiə nazirləri Mariapoldan təxliyə məsələsini müzakirə edib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

TurkicWorld bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Danışıqlar zamanı, Akar Ukraynanın Mariupol şəhərindən və digər yaşayış məntəqələrindən dinc əhalinin həm dəniz, həm də quru yolu ilə tez bir zamanda və təhlükəsiz şəkildə təxliyəsinin vacibliyini vurğulayıb.

Türkiyəli nazir həmçinin əlavə edib ki, Ankara humanitar yüklərin Ukraynaya çatdırılması üçün bundan sonra da bütün səyləri səfər etməyə hazırdır

Xatırladaq ki, Rusiya hərbi qüvvələri bu il fevral ayının 24-dən etibarən Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.