Zelenski Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olan ölkələri açıqlayıb

Zelenski Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olan ölkələri açıqlayıb

Bakı. TurkicWorld:

Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Habertürk" telekanalına müsahibəsində deyib.

"ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail - bu, hələ bütün təminatçı olmağa hazır olan ölkələr deyil, lakin bu ölkələr gəlib təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə etməyə hazırdırlar. Buna görə də bu, ilk addımdır. Bu təminatçılarla görüş, sonra təhlükəsizlik zəmanətləri ilə bağlı birgə anlaşma, sonra isə Rusiya tərəfi ilə təmas", - deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə hazırdır, bəziləri isə yox, ona görə də məsləhətçilər səviyyəsində görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.