Rəcəb Tayyib Ərdoğan bir çox ölkə liderləri ilə intensiv danışıqlar aparıb - Fəxrəddin Altun

Rəcəb Tayyib Ərdoğan bir çox ölkə liderləri  ilə intensiv danışıqlar aparıb - Fəxrəddin Altun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda və dünyada sülhün əldə edilməsi üçün bir çox ölkə liderləri ilə intensiv danışıqlar aparıb.

TurkicWorld-un məlumatına görə bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsnin rəhbəri Fəxrəddin Altun öz Twitter hesabında paylaşım edib.

Altun bildirib ki, ötən gün ərzində Prezident Ərdoğan Bolqarıstan, Serbiya, Finlandiya, Almaniya və Qazaxıstan liderləri ilə telefon danışıqları aparıb və bu danışıqlar zamanı Ukraynadakı son hadisələr və sülhün təmin oluması, habelə digər məsələlər müzakirə olunub.

“Prezident Ərdoğan regionda və dünyada sülhün əldə olunması üçün bütün səyləri səfərbər edir” -, deyə o qeyd edib.

Xatırladaq ki, fevral ayının 24 ünden etibaren Rusiya Ukrayna ərazisində hərbi emeliyatlara baslayıb