Ərdoğan və Tokayev Ukraynadakı vəziyyəti müzakirə ediblər

Ərdoğan və Tokayev Ukraynadakı vəziyyəti müzakirə ediblər

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

TurkicWorld Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyət də daxil olmaqla, regional problemləri müzakirə edib. Liderlər Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində atılacaq addımlar barədə də fikir mübadiləsi aparıblar.

Türkiyə prezidenti qeyd edib ki, Ukraynada müşahidə olunan vəziyyət Xəzər dənizindən Şərq-Qərb marşrutu üzrə keçən “Mərkəzi Dəhliz”in inkişafının vacibliyini bir daha göstərdi.

İki ölkə liderləri Ramazan ayı münasibətilə də bir-birlərini təbrik ediblər.