Birinci vitse-prezident Mehriban Əliyeva: 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva: 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm (FOTO)

Bakı. TurkicWorld:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".