Putin üçün “qəssab” ifadəsini işlətməyəcəyəm - Makron

Putin üçün “qəssab” ifadəsini işlətməyəcəyəm -  Makron

Bakı. TurkicWorld:

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin üçün ABŞ prezidenti Co Bayden kimi “qəssab” ifadəsini işlətməyəcəyini bildirib. Bu barədə TurkicWorld Türkiyənin Anadolu Agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən , Makron “France 3” telekanalında verdiyi açıqlamada Rusiyanın Ukraynada başladığı müharibəni dayandırmaq istədiklərini bildirib.

Açıqlamasında " İstər ifadələrdə və ya hərəkətlərdə gərginlik artırılmamalıdır" deyə vurğulayan Makron, Putinlə görüşünə davam etdiyini və onun üçün "qəssab" sözünü işlətməyəcəyini qeyd edib.

“ Biz avropalılar olaraq coğrafiyamızı və tariximizi unutmamalıyıq. Biz rus xalqına qarşı müharibə aparmırıq” deyə o qeyd edib.

Fransa prezidenti onu da əlavə edəib ki, Ukraynanın Mariupol şəhərində humanitar əməliyyat keçirmək barədə Putinlə telefonla danışacaq.

Qeyd edək ki, Polşanın paytaxtı Varşavada Ukraynanın qaçqınlar düşərgəsini ziyarət edən ABŞ prezidenti Co Bayden, Rusiya prezidenti Vladimir Putin üçün “O, qəssabdır” ifadəsini işlədib.

Makron martın 25-də verdiyi açıqlamada Ukraynanın Mariupol şəhərini tərk etmək istəyənlər üçün Türkiyə və Yunanıstanla birlikdə humanitar əməliyyat təşkil edəcəklərini açıqlamışdı.

Xatırladaq kı, Rusiya-Ukrayna qarşıdurması, 24 Fevral 2022 tarixində Rusiya Prezidenti Vladimir Putinin əmri ilə rus hərbi qüvvələrinin Ukrayna ilə olan sərhədlərdə keçirdiyi hərbi əməliyatlar ilə başlayıb.

Ukrayna Baş Qərargahının verdiyi açıqlamaya görə, fevralın 24-dən bu yana Ukrayna ilə Rusiya arasında gedən müharibədə 11 mindən çox rus əsgəri həyatını itirib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov isə bildirib ki, Ukraynada 2 min 396 hərbi infrastruktur obyekti məhv edilib.