Rusiya MN açıqlaması ilə Vladimir Putin tərəfindən imzalanmış bəyannaməyə hörmətsizlik nümayiş etdirir - Müdafiə Nazirliyi

Rusiya MN açıqlaması ilə Vladimir Putin tərəfindən imzalanmış bəyannaməyə hörmətsizlik nümayiş etdirir - Müdafiə Nazirliyi

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda "Furux" adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir", - açıqlamada vurğulanır.