Azərbaycan və Rusiyan XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Azərbaycan və Rusiyan XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Martın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən TurkicWorld-ə bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər, Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.