Azərbaycan müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.