Mariupoldakı Türkiyə vətəndaşlarının təxliyəsi barədə Çavuşoğlu ilə Lavrov arasında telefon danışığı olub

Mariupoldakı Türkiyə vətəndaşlarının təxliyəsi barədə Çavuşoğlu ilə Lavrov arasında telefon danışığı olub

Sergey Lavrov dünən gecə mənə vətəndaşlarımızın Mariupoldan təxliyəsi barədə danışdı. Bu mövzuda şərait formalaşmağa başlayır, şad xəbər gözləyirik.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, martın 10-da Antalyada keçirilən görüşdə Türkiyə vətəndaşlarının təxliyəsi məsələsi də gündəmə gətirilib.

"Hər iki tərəfdən kömək istədik. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Dostlarımız bəzi şəhərlərdən vətəndaşlarımızı təxliyə etmək üçün çalışırlar. Biz də bacardığımız qədər başqa ölkələrin vətəndaşlarına kömək edirik. Sergey Lavrov dünən gecə mənə vətəndaşlarımızın Mariupoldan təxliyəsi barədə danışdı. Bu mövzuda şərait formalaşmağa başlayır, şad xəbər gözləyirik. Bu gün səhər biz Ankarada Ukrayna danışıqlar qrupunun üzvləri ilə görüşdük. Bu həftə çoxlu üz-üzə və telefon əlaqəmiz olacaq", - deyə M. Çavuşoğlu bildirib.