İndiyə qədər 5000-dən çox vətəndaş Azərbaycana təxliyə olunub - XİN

İndiyə qədər 5000-dən çox vətəndaş Azərbaycana təxliyə olunub - XİN

İndiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Ümumilikdə, 5000 nəfərdən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Bu barədə TurkicWorld-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.