Dünyada baş verən son proseslər Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artırır – Mərkəz rəhbəri (FOTO/VİDEO)

Rusiya-Ukrayna ətrafında yaranan hərbi-siyasi böhran, qərb ölkərinin tətbiq etdikləri sərt sanksiyalar postsovet məkanında yerləşən hər bir ölkəyə iqtisadi baxımdan mənfi təsir göstərəcək. Amma Azərbaycan iqtisadiyyatı möhkəm təməllər üzərində dayanır, son illər iqtisadiyyatımız şaxələndirilib və güclənib. Bütün bu amillər deməyə əsas verir ki, xarici iqtisadi şoklar ölkəmizin iqtisadiyyatına o qədər də ciddi təsir edə bilməyəcək.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, UNEC professoru Ruslan Atakişiyev bildirib.

O, əlavə edib ki, bölgədə baş verən hərbi-siyasi təlatümlər, böyük dövlətlərin bir-birinə tətbiq etdiyi sərt sanksiyalar dünya iqtisadiyyatında çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.

“Sanksiyalar qarşılıqlıdır və bumeranq xarakteri daşıyır. Sanksiya tətbiq edən ölkələrin də iqtisadiyyatında tənəzzül yaşanacaq. Ümumiyyətlə, dünya iqtisadiyyatı yeni qütbləşməyə doğru gedir, yeni düzənlər yaranır, yeni reallıqlar meydana gəlir”, - deyə R.Atakişiyev əlavə edib.

R.Atakişiyev bildirib ki, Azərbaycan dövlətinin son illər ərzində həyata keçirdiyi iqtisadi islahatlar, bir neçə onilliklər sonraya hesablanmış nəhəng layihələr, bölgədə reallaşdırılan iri projelər ölkəmizin gələcəyi üçün çox önəmlidir:

“Biz gələcəyə nikbin baxırıq, proqnozlar müsbətdir və dünyada baş verən təlatümlər Azərbaycan üçün o qədər də ciddi təhlükə yaratmır. Xüsusilə də bu proseslər Zəngəzur dəhlizinin əhəmiyyətini son dərəcə artırır. Şərqlə-Qərb arasında yaranan iqtisadi-siyasi uçurum, münaqişə ölkəkləri arasında ticarət əlaqələrinin iflic olması Azərbaycanın tranzit imkanlarını daha qabarıq şəkildə önə çıxarır. Bu baxımdan Zəngəzur dəhlizinin potensialı və önəmi daha da artır və bu nəinki Azərbaycan üçün, digər maraqlı ölkələr üçün də inanılmaz iqtisadi dividentlər deməkdir. Əlbəttə ki, bütün bu reallıqlar Azərbaycan dövlətinin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir”.

Trend müsahibənin videovariantını təqdim edir.