Türkiyə Ukrayna-Rusiya məsələsinin sülh yolu ilə həllinə səy göstərir - Səfir

Türkiyə Ukrayna-Rusiya məsələsinin sülh yolu ilə həllinə səy göstərir - Səfir

Təəssüf ku, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik missiyası nəticəsiz qaldı.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib. O bildirib ki, buna baxmayaraq Türkiyə hələ də bu istiqamətdə səylərini davam etdirməkdədir.

"Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO çərçivəsində bu məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir.

Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik müstəvidə danışıqların başlaması yönündədir", - səfir bildirib.