Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiya ilə müttəfiqlik haqqında sənədin imzalanması nəzərdə tutulur

Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı Rusiya ilə müttəfiqlik haqqında sənədin imzalanması nəzərdə tutulur

Rusiya KİV-ində Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanacağı ilə bağlı məlumatlar yayılıb.

TurkicWorld-un əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin Moskvaya səfəri zamanı Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanması nəzərdə tutulur.

Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanan səfərdir. Azəbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanması ilə bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb.

Qeyd edək ki, 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanmışdı. Şuşa bəyannaməsinə oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilir. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Buna görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsə deyil.