Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında "Zeytun Budağı" və "Fərat Qalxanı" antiterror əməliyyatlarının keçirildiyi bölgələrə hücum etməyə cəhd edən 13 YPG yaraqlısı (PKK terrorçularının Suriya qanadı) zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə mlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçuları bölgədə terror təhlükəsinin aradan qaldırılması məqsədilə növbəti uğurlu əməliyyat keçirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.