Türkiyə vətəndaşlarına Ukraynanın şərq rayonlarına səfər etməmək tövsiyə olunub - XİN

Türkiyə vətəndaşlarına Ukraynanın şərq rayonlarına səfər etməmək tövsiyə olunub - XİN

Türkiyə vətəndaşlarına Ukraynanın şərq rayonlarına “xüsusi ehtiyac olmadan” getməmək tövsiyə olunub.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, Ankara Ukraynadakı təhlükəsizlik ilə bağlı vəziyyəti diqqətlə izləyir:

"Bununla əlaqədar vətəndaşlara xüsusi ehtiyac olmadan Ukraynanın şərqindəki sərhədyanı rayonlara getməməyi tövsiyə edirik. Türkiyə vətəndaşları şəxsi təhlükəsizliklərini təmin etmək üçün bütün lazımi addımları atmalı, lazım gəldikdə Türkiyənin Kiyevdəki səfirliyi ilə əlaqə saxlamalıdırlar".