Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır”

Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır”

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirib.

TurkicWorld "Sputnik Armenia"ya istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi belə bir sənədin imzalanmasını nəzərdə tutur.

Paşinyan qeyd edib ki, indiki mərhələdə hazırlıq işləri və substantiv müzakirələr aparılmalıdır.