Tokayev Rusiyaya səfər edəcək

Tokayev Rusiyaya səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi bildirib.

Qeyd olunur ki, səfər fevralın 10-11-də baş tutacaq.

Rusiya paytaxtında K.Tokayev Vladimir Putinlə görüşəcək. Daha sonra onun Kazan şəhərinə səfər edəcəyi deyilir.