Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib

Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbiri ziyarət edib.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Səfər fevralın 2-dək davam edəcək.