Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında əks olunmuş razılaşmaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib.

V.Putin və N.Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edib.