Ərdoğan Ukrayna ilə bağlı Putinlə görüşə bilər

Ərdoğan Ukrayna ilə bağlı Putinlə görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.

TurkicWorld məlumatına görə, bunu bu gün R.T.Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son zamanlar gündəmdə olan Rusiya ilə Ukrayna arasında sabitliyin pozulmaması üçün vasitəçilik etməyə hazırdır.

"Türkiyənin Rusiyanın tarixdə olmadığı qədər çox gözəl münasibətləri var. Ukrayna ilə də eyni şəkildə münasibətlərimiz çox yaxşıdır. Rusiya ilə Ukrayna arasında sülhün hakim olması üçün vasitəçi olmağa hazırıq. İndi qarşımızada Ukrayna səfəri var. Bu arada bəlkə Vladimir Putinlə telefonla danışıqlar ola bilər, ya da Moskvaya səfər baş tuta bilər. Biz regionda sülhün hakim olmasını istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik", - deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Vladimir Putinlə Volodimir Zelenski arasında görüşə ev sahibliyi etmək niyyətində olduğunu bildirmişdi.