...

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir - Rusiya XİN

Siyasət Digər xəbərlər 21 Yanvar 2022 13:35
TurkicWorld Mustafa Askerbeyli
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir - Rusiya XİN

Bu gün qarşıda duran prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınması, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu istiqamətlərdə inkişafın əldə olunması Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasında ciddi irəliləyişə nail olmağa imkan verəcək.

"Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının tam reallaşdırılması zərurətini rəhbər tuturuq" - bəyanatda deyilir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti