Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.

TurkicWorld bu barədə onun "Twitter" səhifəsinə istinadən məlumat verir.

T.Klaar bildirib ki, səfəri fransalı həmkarları ilə birgə etməyi planlaşdırır.

"Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik", - deyə o bildirib.