...

20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı

Siyasət Şərh 20 Yanvar 2022 11:16
TurkicWorld Mustafa Askerbeyli
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı

20 Yanvar bütün sovet ölkələrində xüsusilə türk dövlətlərində müstəqilliyə qarşı arzunu istəyi və bunun uğurunda göstərilən iradəni təmsil edir. Bu gün bizim üçün 147 şəhidimizin, 700-dən çox yaralımızın olduğu matəm günüdür.

Bunu TurkicWorld-a açıqlamasında Şanxay Universiteti Qlobal İdarəetmə Mərkəzinin tədqiqatçısı Selimhan Yeniacun deyib.

O qeyd edib ki, bu tarixi keçmiş bir çox tədqiqatçılar tərəfindən dəfələrlə danışılıb. SSRİ-nin Bakıda, ümumiyyətlə, Azərbaycanda fövqəladə hal elan etməsi, rus və erməni əsgərlərinin Bakının küçələrində tanklarla keçməsi bizim tariximizdən silinməyəcək və unutmayacağımız yaradır.

“O gün axşam Azərbaycan üçün canlarından keçənləri, gözlərini qırpmadan müstəqillik üçün iradə göstərənləri də heç vaxt nə Azərbaycan, nə Türk tarixi, nə də qardaş türk milləti unutmayacaq.

SSRİ-nin qurulduğu gündən 20 Yanvara qədər bəlkə də başqa problemləri ,daxili çəkişmələri olub. Lakin 20 Yanvar SSRİ-nin dağılmağa başladığı müddətdə digər xalqların müstəqillik üçün ayağa qalxmalarının təməli oldu. Bunu da unutmamalıyıq ki, o gün şəhid olan, yaralananların sayəsində yeni bir tarix səhifəsi açıldı. –deyə o bildirib.

Onun sözlərinə görə, bu, Qorboçovun illər sonra bir siyasi səhv olduğunu deyərək sadələşdirməyə çalışdığı, lakin SSRİ-nin dağılmasını tətikləyən hadisələrdən biri idi.

“Çünki 20 Yanvardan sonra Azərbaycan xalqı daha güclü bir formada öz torpaqlarına, vətənlərinə sahib çıxdı və müstəqillik yolunun qıfılını bu hadisə ilə qırdılar.

Bu səbəbdən 20 Yanvarda, eyni zamanda Qarabağ müharibələrində şəhid olan bütün azərbaycanlı qardaşlarımızın ruhları şad olsun.

20 Yanvar iradəsi işağaldakı torpaqların azad olunmasına da öz təsirini göstərdi. Çünki o tanklara qarşı duran nəslin uşaqları, bundan 30 il sonra yenidən işğalçılara, hətta beynəxalq aləmin Azərbaycanının haqlı mübarizəsinə səssiz qalmasına qarşı mübarizə apararaq torpaqlarını azad etdi”,-deyə o bildirib

Məqalədə:
Xəbərlər

Xəbər lenti