...

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Siyasət Digər xəbərlər 20 Yanvar 2022 10:52
TurkicWorld Mustafa Askerbeyli
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, onların üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.

TurkicWorld-un DTX-nin saytına istinadən məlumatına görə, sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılmış, məzarları üzərinə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti