20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi

1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakı şəhərinə “Udar” hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sındırmaq məqsədi güdülürdü, lakin bu, tamamilə əks effekt verdi.

TurkicWorld-un məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Bu, Azərbaycan xalqının müstəqillik uğrunda olan əzmini daha da artırdı. Beynəlxalq ictimaiyyətə 20 Yanvar hadisələri haqqında məlumatı çatdıran ulu Öndər Heydər Əliyev olub. 20 Yanvar Azərbaycan xalqının mübarizlik və qəhrəmanlıq salnaməsidir”, - deyə H.Hacıyev bildirib.