Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev

Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev

Ermənistan özü də regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli və bundan nəticə çıxarmalıdır.

TurkicWorld-un məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan mediasına geniş müsahibə verdi və bu müsahibədə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında duran məsələlər, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə əlaqədar media nümayəndələrinin suallarına cavab verdi.

“Cənab Prezident tərəfindən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edə biləcək məsələlər, Ermənistan ilə Azərbaycan arasında potensial sülh müqaviləsinin imzalanması üzrə danışıqların başlanması və digər məsələlərə toxunuldu. Təbii ki, Ermənistan tərəfindən müvafiq cavablar verilməsini biz də gözləyirik. Ermənistan özü də regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli və bundan nəticə çıxarmalıdır”, - deyə H.Hacıyev vurğulayıb.