...

Lavrov Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü şərh edib

Siyasət Digər xəbərlər 14 Yanvar 2022 15:35
TurkicWorld Mustafa Askerbeyli
Lavrov Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü şərh edib

Biz məmnunuq ki, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin normallaşma ilə bağlı ilk görüşü Moskvada keçirilir.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Türkiyə və Ermənistan xüsusi nümayəndələrini təyin edib. Rusiya bu razılığın əldə olunmasında kömək göstərib. Biz məmnunuq ki, ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun təşkilində kömək göstərməkdən ibarətdir. Ümid edirəm ki, bu görüş uğurlu olacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Moskavada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti