...

Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına tezliklə başlanılmasının tərəfdarıdır - Lavrov

Siyasət Digər xəbərlər 14 Yanvar 2022 14:19
TurkicWorld Mustafa Askerbeyli
Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına tezliklə başlanılmasının tərəfdarıdır - Lavrov

Biz Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına tezliklə başlanılmasının tərəfdarıyıq.

TurkicWorld-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Bu, Qarabağ regionuna və tənzimləmə məsələlərinə aid deyil. Bu, sırf ikitərəfli məsələdir. Artıq bir ilə yaxındır ki, biz delimitasiya və demarkasiya üzrə komissiya yaratmaqla və özümüzü məsləhətçi kimi təqdim etməklə bu məsələ üzrə işləməyə başlamağı təklif edirik. Mən dünən erməni həmkarımla bu mövzu barədə danışmışam. Tərəflərin müəyyən təklifləri var. Komissiya yaratmaq üçün ilk növbədə şərtlər barədə razılıq əldə etmək lazımdır. Hazırda bu şərtlər müzakirə olunur. Bəzi fikir ayrılıqları var. Bizim mövqeyimiz sadədir: hələ də həll olunmamış qalan məsələləri yaradılan komissiya çərçivəsində həll etmək lazımdır", - deyə S.Lavrov bildirib.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti