Qazaxıstanda MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçiriləcək

Qazaxıstanda MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçiriləcək

MDB Parlamentlərarası Assambleya Şurasının martın sonunda Qazaxıstanda keçirilməsi nəzərdə tutulan iclasının təxirə salınması və ya ləğvi üçün heç bir əsas yoxdur.

TurkicWorld-un məlumatına görə, bunu MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federsiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib ki, Qazaxıstandakı vəziyyət stabilləşir, ona görə də iclasa hazırlıqlar davam edir.

"Bununla yanaşı biz xarici tətəfdaşlarımızı bu təntənəli tədbirə dəvət etmək niyyətindəyik. Qazaxıstanda da bu iclasın keçirilməsinə maraqlıdırlar", - deyə o bildirib.

Qeyd edək ki, Assambleya bu il 30 illiyini qeyd edir. Bu qurumun yaradılması barədə saziş 1992-ci ildə Almatıda imzalanıb. Bununla əlaqədar olaraq Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə Şuranın növbəti iclası və bununla bağlı tədbirlər Almatıda keçiriləcək.